Tovuzda qatar qəfil qarşısına kişini vurub öldürdü

Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.

 

APA-nın məlumatına görə, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.

 

Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub. Həmin şəxs dünyasını dəyişib.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası, polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Senzor.az bildirir ki, bu arada hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” məlumat yayıb. Bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb.

 

Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.

 

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.