“Utro Dağıstan” Teleqram kanalının yaradıcısı İstanbulda ölü tapıldı...
AXTARIŞA VERİLMİŞDİ...

“Utro Daqestan” teleqram kanalının qurucusu, Rusiya hakimiyyətinə müxalif çıxışları ilə tanınan bloqer Abakar Abakarov İstanbulda ölmüş vəziyyətdə tapılıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, onun çoxsaylı bıçaq xəsarətləri olan meyiti kirayə götürdüyü villada aşkar edilib.

 

Məlumata görə, o, oktyabrın 7-də dünyasını dəyişib.

 

Bildirilib ki, ölümündən əvvəl Abakarov evində qonaq qəbul edib, həmin şəxs sonradan evdən iki çanta ilə ayrılıb. Müvafiq  qurumlar hələlik məlumatı rəsmən təsdiqləməyiblər.

 

Xatırladaq ki, “Utro Daqestan” teleqram kanalı 2023-cü ildə Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra tanınıb. Həmin vaxt Qəzza müharibəsi fonunda qəzəbli izdiham Təl-Əvivdən gələn təyyarənin sərnişinləri arasında yəhudiləri axtarmaq üçün terminal və uçuş zolağına girmişdilər.

 

Hadisə nəticəsində 24 milyon rubldan çox maddi zərər dəymiş, 100-dən artıq şəxs 4,5 ildən 10,5 ilə qədər həbs cəzasına məhkum edilmişdi. 2023-cü ilin noyabrında isə Rusiya Daxili İşlər Nazirliyi Abakarovu axtarışa vermişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.