Naxçıvanda ayı hücumuna məruz qalan şəxs: “CAN ŞİRİNDİR, BAŞLADIQ BOĞUŞMAĞA”
VİDEO

Ötən gün ayı hücumuna məruz qalan Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yuxarı Buzqov kənd sakini Məzahir Məmmədov hadisə barəsində danışıb.

 

"Report"un məlumatına görə, M.Məmmədov hadisənin oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığarkən yaşandığını bildirib.

 

Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib: "Ayını görəndə döndüm ki, qaçım, amma ayağım arxada daşa ilişib yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də, nə fikirləşdisə, çıxıb getdi".

 

Zərərçəkənin oğlu Emin Məmmədov isə bildirib ki, ayının onlara necə yaxınlaşıdığını hiss etməyiblər: "Meşəyə zirinc yığmağa getmişdik. Gördüm üst tərəfdən itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir şeyin keçdiyini gördüm. Atam məndən 50 metr aşağıda idi. Dedim ki, sənə tərəf nə isə gəlir - qabandır, atdır, bilmirəm nədir. Bunun ayı ola biləcəyi ağlıma gəlmirdi".

 

Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov onun vəziyyətinin yaxşı olduğunu deyib: "Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.