
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 300 nəfərə yaxın insan xəsarət alıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.
Zəlzələ güclü olduğundan təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.
Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş vermişdi. O vaxt təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoymuşdu.
**01:14
Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.