
Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan Arzu Xəlilova adlı qadın azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, 27 yaşlı S.M. 20 yaşlı sevgilisinə 75 bıçaq zərbəsi vurub.
Hadisə cütlük arasında yaranan mübahisə əsnasında baş verib. Evdə sevgilisini “aşsüzənə” döndərən şəxs polis tərəfindən saxlanılıb.
A.Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə təhqiqat aparılır.
