Əhmədlidə torpaq sürüşməsinin səbəbi məlum olub
YENİLƏNİB, FOTO/VİDEO


"Bu ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın".

 

Bunu akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh ismayılov APA-ya açıqlamasında deyib.

“Hazırda qaldığımız ərazi aktiv sürüşmə sahəsidir. Bu, Əhmədli yaşayış ərazisinin cənub-cənub şərqə baxan yamaclarıdır. Tədricən Bakı anfiteatrının aşağı hissələrinə meyillənir. Bugünkü sürüşmə lokal sürüşmədir, səthdə baş verir. Belə sürüşmələr olur, bunlar eroziya tipli sürüşmələrdir. Bu, adətən insanların aktiv təsiri ilə baş verir. Amma yamacın təşkil etdiyi süxurlar onu göstərir ki, burada kifayət qədər sürüşməyə meyilli ərazi var. Buna görə burada sürüşmənin baş verməsi təbiidir”, - şöbə müdiri qeyd edib.

 

O bildirib ki, yamac sürüşməyə kifayət qədər meyilli sahədir: "Belə ərazidə 40–50 sm-lik sürüşmə bilavasitə suvarma suları ilə bağlıdır. Suvarmanın təsiri ilə bu sürüşmə baş verib. Bu yamacda bəzi daş hissələrdə çökmələr görürəm. Onlar aktiv süxurlar olduğunu göstərir. Bu, daha böyük sürüşmənin xəbərçisi ola bilər. Ona görə də təcili bu yamacda hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın”.

 

Şöbə müdiri onu da qeyd edib ki, davamlı ağac əkmək və yamacın yuxarı hissəsində asfalt yolun olması atmosfer su mübadiləsinin tamamilə kəsilməsinə və yamacın əlavə rütubət almasına səbəb olur. Bu da sürüşmə üçün təhlükəlidir. 


**12:06

 

"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".

 

Bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir: “Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

 

Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb: “Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".

 

...Xətai Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə zamanı xəsarət alan olmayıb: “Bildiyiniz kimi, Bakının Xətai rayonunda abadlıq işləri davam edir. Burada vaxtilə 4 hektar olan Heydər Əliyev parkının sahəsi 14 hektara çatdırılıb. Ona yaxın ərazinin hamısı da abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Tərəfimizdən həmin ərazilərə qulluq göstərilməsi üçün su xətləri çəkilib”,- o bildirib.

 

O qeyd edib ki, nisbətən böyük olan su xəttində sızma baş verib: “Sızma nəticəsində su müəyyən hissəyə yayıldığı üçün, torpaq yumşaq olduğundan sürüşmə müşahidə edilib. Dərhal xətt bərpa olunub və vəziyyət nəzarətə götürülüb. Digər aidiyyəti qurumlara da bu barədə məlumat verilib. Bu il icra hakimiyyəti və rayon qurumları tərəfindən ərazidə bərpa işləri aparılıb. Qeyd edilməlidir ki, bu zona sürüşmə zonası deyil. Sadəcə sızma nəticəsində lokal çökmə baş verib. Heç bir təhlükəli proses yoxdur”, - o qeyd edib.

 


**10:14


Xətai rayonunun Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

 

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

 

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

 **

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədirlər.

 

Agentliyin idarə heyətinin sədri Əli Əliyevin sözlərinə görə, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

**

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.