
Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar arasında iki Azərbaycan vətəndaşı var.
Bu barədə "An-Nahar" qəzeti məlumat yayıb.
"Turist mikroavtobusu Əl-Quseyr və Marsa Alam kurortları arasında minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 Misir vətəndaşı ölüb, 5 rusiyalı turist, 1 Almaniya və 2 Azərbaycan vətəndaşı daxil olmaqla 8 nəfər xəsarət alıb", - nəşr yazıb.
Qeyd edilib ki, xəsarət alanlar Əl-Quseyr mərkəzi xəstəxanasına çatdırılıblar. (“Report")