
Pakistanın Peşəvər şəhərində federal polisin mənzil-qərargahına hücum olub.
“Samaa” telekanalının məlumatına görə, hadisə yerli vaxtla səhər saat 8:11-də baş verib. Hücum edənlərdən biri binanın qapısı qarşısında özünü partladıb, digəri isə hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
Bəzi mənbələr hücumda üç silahlının iştirak etdiyini və onların hamısının öldürüldüyünü bildiriblər.
Son məlumatlara görə, hücum zamanı üç polis əməkdaşı öldürülüb. Ümumilikdə isə hücum nəticəsində ölənlərin sayı 12 nəfərdir.