
Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova Astana-Almatı reysində eyni təyyarədə olduğu sərnişinə tibbi yardım göstərib.
Senzor.az bildirir ki, bu barədə yerli telekanallar məlumat yayıblar.
Məlumata görə, nazir halı pisləşən qızın təzyiqini ölçüb, lazımi dərmanlar verib, onun vəziyyətini nəzarətdə saxlayıb.
Kadrlarda Alnazarovanın sərnişinə bir şüşə su uzatdığını əks etdirən görüntülər yer alıb.