
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.
Gununsesi.info-nun məlumatına görə, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.
Yaxınları sayta açıqlamasında onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər.
Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.