
İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.
Senzor.az bildirir ki, qəza nəticəsində 12 nəfər xəsarət alıb.
TƏBİB-dən verilən məlumata görə, ki, xəsarət alanların 11-i qadın, biri isə kişidir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub, müalicələri davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.