
Qusar rayon sakini Diana Təyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qusar Rayon Prokurorluğundan Senzor.az-a verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Asif Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
**11:04
Qusar rayonunda qadın öldürülüb, şübhəli qismində keçmiş əri saxlanılıb.
"Report"un məlumatına görə, dekabrın 16-da səhər saatlarında Qusar rayonunun Hil kəndindəki evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onun keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibov tərəfindən münaqişə zəminində boğulması, kəsici alətlə boğaz nahiyəsindən vurularaq öldürülməsi müəyyən edilib və o, saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.