
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 22 dekabr səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi açılıb.
İstintaq Komitəsi qeyd edib ki, "Qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir".