Ankarada təyyarə qəzası: Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs həlak olub - VİDEO

Liviyanın Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddadın olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, təyyarədə Baş Qərargah rəisi və onun 5 nəfərlik nümayəndə heyəti, uçuş heyətinin tərkibində isə 2 pilot və 1 bort bələdçisi olub.

 

Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər - quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Kativi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub həlak olublar.

 

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad dünən Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.