Toya gedirdilər, qəzaya uğradılar: İKİ BACI ÖLDÜ, DAHA 4 QADIN XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
YENİLƏNİB, FOTO/VİDEO

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. 

 

Senzor.az bildirir ki, məlumatda deyilir: FHN-in “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Çaylı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal əraziyə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

 

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

**19:02

 

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Senzor.az bildirir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq Mil-Muğan su kanalına aşıb.

 

İlkin məlumata görə, avtomobildə 6 qadın olub. Qəza nəticəsində iki nəfər həyatını itirib. Onların bacı olduqları deyilir. TƏBİB-dən də bildirirblər ki, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. 

 

Kanaldan çıxarılan digər 4 nəfər Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

 

Şahidlərin dediyinə görə, xanım sürücü və  sərnişinləri toya gedirmişlər.

 

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.