
Qusarda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Senzor.az bildirir ki, hadisə gecə saatlarında rayonun Əniq kəndində qeydə alınıb.
63 yaşlı Riman Əlisultanov, 60 yaşlı həyat yoldaşı və onların 2025-ci il təvəllüdlü nəvəsi dəm qazından zəhərləniblər. Nənə və nəvə xəstəxanaya çatdırılaraq həyatları xilas olunsa da, Riman Əlisultanov evində dünyasını dəyişib.
Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 7-si saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsi ilə 2 nəfər (1 qadın, 1 kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxsə, yaxınlarının istəyi və iltizamnamələri əsasında ixtisaslı tibbi xidmət göstərilməsindən imtina edilib. Hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.