Qazaxda yanacaq daşıyan maşında güclü yanğın və partlayış: ÖLƏN, YARALANAN VAR
VİDEO

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində - “SOCAR PETROLEUM” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində yanacaq daşıyan avtomobildə partlayışla müşayiət olunan yanğın baş verib.

 

Senzor.az bildirir ki, bununla bağlı “SOCAR Petroleum" QSC və Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıblar.

 

Qeyd olunub ki, avtomobildə yanacaq doldurma prosesi zaman baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

 

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

 

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

**

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

**

Qazax Rayon Mərkəzi Xəstəxanasından KİV-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

 

Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.