
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Senzor.az-ın məlumatına görə, Lənkəran şəhər sakini Semral Əmin oğlu Mirzəyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
İlkin ehtimala görə, o, qardaşı Emral Əmin oğlu Mirzəyev tərəfindən aralarında yaranmış münaqişə zamanı bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.