Yevlaxın sabiq icra başçısının oğlu adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib.

 

Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.

 

Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.

 

**

 

Yevlax Rayon Mərkəzi Xəstəxanasından KİV-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

 

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.