
Bakıda gənc oğlan infarktdan ölüb.
“Qafqazinfo” bildirir ki, hadisə dünən saat 13 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Lənkəran rayon sakini, 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib.
Onun infarktdan dünyasını dəyişdiyi müəyyənləşib.
Araşdırma aparılır.