
Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təbiət hadisəsi qısamüddətli təşvişə səbəb olub.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:13-də qeydə alınıb. Zəlzələ ocağı 7.82 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.