
Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Teleqraf-ın xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, həbsdən yeni çıxan Salahov Ceyhun Ağali oğlu həyat yoldaşı Salohova Gülzəndə Abbas qızına çoxsaylı balta zərbəsi ilə xəsarət yetirib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.