
İranın paytaxtında Cənnət Abad bazarı yanır.
Senzor.az bildirir ki, məlumatı "Mehr" agentliyi yayıb.
Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım heyəti cəlb olunub.
Qeyd edək ki, yanvarın 31-də İranın cənubunda və Tehranda yaşayış binasında yanğın baş vermişdi.
Onu da xatırladaq ki, ötən il dekabrın 28-də etiraz aksiyaları da Tehrandakı böyük bazardan başlamışdı.