
İslamabadın Tarlay rayonundakı "Xədicə əl-Kübra" məscidində partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, cümə namazı zamanı qeydə alınan partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
Pakistanın Baş naziri Şəhbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və hadisəni terror aktı adlandırıb.