
Türkiyənin Antalya vilayətinin 7 rayonunda sel təhlükəsinə görə məktəblərdə 1 günlük tətil elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Antalyada səhər saatlarından başlayan güclü leysan küçə və prospektlərdə su yığılmasına, nəqliyyatda ləngimələrə səbəb olub.
Konyaaltı, Muratpaşa və Kepezdə bəzi yeraltı keçidlər bağlanıb.
Valilik vətəndaşları sel riskinə qarşı ehtiyatlı olmağa çağırıb.
Daha ətraflı videomaterialda: