
Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.
Senzor.az Müdafiə Sənayesi Nazirliyinə istinadən bildirir ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.