
İranın İsfahan əyalətinin Xomeynişəhr rayonunun Dörçeh şəhərində hərbi vertolyot qəzaya uğrayıb.
Senzor.az yerli KİV-nə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb.
İsfahan qubernatorluğunun Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə baş direktoru pilot və ikinci pilotun həlak olduğunu açıqlayıb.
Həmçinin meyvə-tərəvəz bazarında iki köşk sahibinin də öldüyü bildirilib. Daha 1 nəfərin yaralandığı qeyd edilib.Официальные данные о причинах происшествия и возможных пострадавших на данный момент уточняются.