
Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 46 yaşlı Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.