Türkiyənin neft tankeri Qara dənizdə dronla qəsdən vurulub - YENİLƏNİB, VİDEO

Qara dənizdə "ALTURA" neft tankerinə dron hücumu qəsdən törədilib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

 

"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.

 

Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj üzvlərinin türk olduqları bilinir.

 

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".

 


**10:25


Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.

 

Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.

 

Tankerin təcili yardım tələbindən sonra hadisə yerinə xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.