
Xocalıda yol qəzası baş verib.
Senzor.az bildirir ki, Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Məlumata görə, qəzada ölən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı olub. ANAMA bununla bağlı sosial şəbəkədə başsağlığı verib.
Faktla bağlı araşdırma aparılır.