
İsrailin İstanbuldakı Baş konsulluğunun da yerləşdiyi binanın qarşısında silahlı insident baş verib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Levent bölgəsində baş verən qarşıdurmanın təxminən 5 dəqiqə davam etdiyi, polisə atəş açan 3 şübhəlinin zərərsizləşdirildiyi və bir polisin yaralandığı bildirilir.
Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı istintaqın başladıldığını söyləyib.