
Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, içərisində 7 şagirdin olduğu “Mercedes” markalı mikroavtobus qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşıb.
Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.
Məlumata görə, mikroavtobusda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
**
TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, - deyə qeyd edilib.


