Masallıda qəza: 18 yaşlı oğlan həyatını itirdi

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, qəza gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

 

Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarovun idarə etdiyi “BMW” markalı avtomobil hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Cabbarov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Amma həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.