Zaqatalada həyata keçirilən tədbirlərlə ötən gecə Yuxarı Tala kəndi ərazisində restorandan çıxarkən güllələnən 39 yaşlı iş adamı İsa Boloyevə atəş açmaqda şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Ondan ov tüfəngi götürülüb.
**09:50
Zaqatalada güllələnmə hadisəsi baş verib.
Oxu.az xəbər verir ki, gecə saat 01:30-da rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
**
Bu arada sayt güllələnən 39 yaşlı İsa Bolayevlə bağlı bəzi məlumatları öyrənə bilib.
Həmin məlumatlaraa görə, İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb və Zaqatalada restoran sahibi olub.
