
Macarıstanın Tisauyvaroş şəhərində "MOL" neft emalı zavodunda partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar öz "Facebook" səhifəsində məlumat verib.
Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.
Baş nazir energetika naziri İştvan Kapitan və "MOL"un baş direktoru Jolt Hernadi ilə birlikdə hadisə yerinə yollanıb.