PSJ-nin qələbəsindən sonra Fransada kütləvi iğtişaşlar: AZI 12 YARALI, 700-ə YAXIN SAXLANILAN VAR
YENİLƏNİB, VİDEO

UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, bu barədə "Le Figaro" qəzeti xəbər yayıb.

 

Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var. Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.

 

Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.

 

"Le Figaro" qəzetinin məlumatına görə, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.



**03:24

 

BFMTV telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 2 216 yoxlamadan sonra 89 nəfəri cərimələyib, təxminən 100 ədəd pirotexniki vasitə müsadirə ediblər.

 

"Le Figaro" qəzeti xəbər verib ki, Parisin "Park de Prens" stadionunun yerləşdiyi XVI dairədə  çörək sexi və bir restoran da zərər görüb.

 

Qəzetin məlumatına görə, Yelisey küçəsində altı avtomaşın və bir qəzet köşkü yandırılıb. Polis təxminən 1 000 nəfəri saxlayıb, iğtişaşçılar isə icarəyə götürülmüş velosipedlərdən istifadə edərək barrikadalar qururlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtaşırı göz yaşardıcı qazdan istifadə edirlər.

 

PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra Parisdə baş verən iğtişaşlar zamanı dörd nəfər yaralanıb. "Le Figaro" qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatına görə, Parisin 11-ci dairəsində Respublika meydanı yaxınlığında bir nəfər bıçaqlanıb. Digər zərərçəkən isə 5-ci dairədəki Sen-Bernard sahilində Sena çayına düşüb.

 

Bundan əlavə, skuter sürən iki nəfər çox sayda azarkeşin gəzdiyi Paris dairəvi yolunda beton maneəyə çırpılıb.

 

Şəhərdə iğtişaşların davam etdiyi qeyd olunur: XVI dairədə İena prospektində səfirliyin yaxınlığındakı tikinti qoşqusu yandırılıb. Qəzet hansı diplomatik nümayəndəliyə istinad edildiyini dəqiqləşdirməyib.

 

**00:42

 

Minlərlə Paris Sen-Jermen (PSJ) azarkeşi futbol klubunun Çempionlar Liqasındakı qələbəsini qeyd etmək üçün Fransanın paytaxtındakı Şanzelize meydanına axışıb. 

Senzor.az bildirir ki, bu barədə Fransa mediası məlumat yayıb.

 

Qeyd olunub ki, azarkeşlər məşəl yandırıb və klubun bayraqlarını dalğalandırıblar. Bəzi azarkeşlər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar və daşlar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. Bəzi məlumatlara görə, saxlanılanlar var.

 

Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.

 

Həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib. PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.