
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələri tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsib, 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.