Bakıda mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.

 

İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq həyatlarını itiriblər.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, K.Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

**

Hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

İlkin araşdırma zamanı məlum olub ki, faciəvi hadisəyə mənzilin hamam otağında quraşdırılmış su qızdırıcısı səbəb olub.

 

Belə ki, qızdırıcıdan ayrılan qaz mənzilin otaqlarına dolub. Bu zaman 13 yaşlı Kamran və atası 53 yaşlı Əbülfəz zəhərlənərək ölüb. Kamranın qardaşı 21 yaşlı Nurlan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.