Dünya çempionatı: İngiltərə futbolçularının əşyaları OĞURLANDI

2026-cı il dünya çempionatında İngiltərə milli komandası soyğunçuluğa məruz qalıb.

 

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Qeyd olunub ki, Floridanın Kanzas-Sitidəki təlim bazasında komandanın əsas ulduzlarına məxsus butslar turnirin rəsmi topları və mühüm məşq ləvazimatları ilə birlikdə oğurlanıb. Məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşları idman geyimlərinin və əşyaların oğurlanmasında onların daşınmasını həyata keçirən sürücülərin əli olduğundan şübhələnirlər.

 

Hazırda İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların geri qaytarılması üçün yerli polislə əməkdaşlıq edir.

 

Jurnalist Kreyq Houpun sözlərinə görə, itmiş əşyalar arasında komandanın liderləri - Harri Keyn və Cud Bellingemin butsları da var. Bundan əlavə, yığma demək olar ki, bütün məşq toplarını itirib, komandanın ixtiyarında yalnız biri qalıb.

 

Həmçinin, Tomas Tuxelin rəhbərlik etdiyi məşqçilər qərargahının taktiki lövhələri və digər avadanlıqları da oğurlanıb. Bu da DÇ-yə hazırlıq prosesində əlavə çətinliklər yarada bilər.

 

Mənbənin məlumatına əsasən, hüquq-mühafizə orqanları artıq araşdırmaya başlayıb. İngiltərə yığmasının inventarını daşıyan sürücülər ehtimal edilən şübhəlilər qismində nəzərdən keçirilir.

 

İngiltərə Futbol Federasiyası vəziyyətlə bağlı hələlik rəsmi açıqlama verməyib.

 

İlkin məlumatlara görə, sözügedən oğurluq hadisəsi ilə əlaqədar artıq iki şübhəli saxlanılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.