Astarada “VAZ” dərəyə yuvarlandı:
SÜRÜCÜ ÖLDÜ, 3 SƏRNİŞİN YARALANDI

İyunun 18-də Astaranın Siyaku kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, istehsal ili 30-dan çox olan avtomobilin ciddi deformasiyaya uğraması nəticəsində sürücü T.Eyvazov hadisə yerində ölüb.

 

Qəzada xəsarət alan üç sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

“Yay mövsümü ilə əlaqədar, xüsusilə dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırırıq”, - məlumatda qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.