
İrəvan Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, "Ana Ermənistan" fraksiyasının nümayəndələri hakim "Vətəndaş müqaviləsi"ni son parlament seçkilərində səsləri oğurlamaqda ittiham etdikdən sonra vəziyyət gərginləşib. Buna cavab olaraq, vitse-mer və hakim "Vətəndaş müqaviləsi"nin üzvü müxalif "Ana Ermənistan" fraksiyasının üzvü Gevork Stepanyandan zalı tərk etməyi tələb edib, bu arada opponentinə "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu "xatırladıb". Stepanyan isə Pambuxçyanın sözlərini təsdiqləyən məhkəmə aktının olmadığını qeyd edərək buna etirazını bildirib.
Qısamüddətli söz polemikası və qışqırıqlardan sonra hakim fraksiyanın üzvlərindən biri "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyanın istiqamətinə butulka atıb, ardınca isə dava düşüb.
İclas zalında başlayan mübahisə və dava dəhlizdə də davam edib. İrəvanın meri Tiqran Avinyan mübahisə iştirakçılarını ayırmağa çalışsa da, tərəflər buna məhəl qoymadan bir-birini təhqir etməkdə davam ediblər...