
Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 1943 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində daha 10 min 571 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində yaşayış və inzibati binalara ciddi ziyan dəyib, bir sıra bölgələrdə infrastruktur dağılıb. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Hazırda axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
(Video sonradan əlavə olunub)