Ukraynadan acı xəbər: İKİ SOYDAŞIMIZ QƏTLƏ YETİRİLDİ

Ukraynanın Nikolayev şəhərində 2 azərbaycanlının ölümü ilə nəticələnən atışma baş verib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Nikolayev vilayəti polisinin verdiyi məlumata görə, insident iyunun 30-u, Qəhrəman Ukrayna prospektində qeydə alınıb.

 

Şahidlərin sözlərinə görə, hərəkətdə olan "Opel" markalı avtomobildən bir neçə atəş səsi eşidilib, bundan sonra nəqliyyat vasitəsi nizamlanan yolayrıcına çıxıb. İlkin məlumatlara görə, avtomobildə 2 Azərbaycan və 1 Qırğızıstan vətəndaşı olub.

 

Atışma nəticəsində iki həmvətənimiz hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin yaralanan üçüncü iştirakçısı isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildən cinayət aləti olan silah müsadirə edilib.

 

Polis əməkdaşları hadisə yerinin mühafizəsini təmin edərək ilkin istintaq hərəkətləri həyata keçiriblər. Əraziyə polis müstəntiqləri, kriminalistlər və operativ qrup cəlb olunub. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır və hadisəyə hüquqi qiymət verilməsi məsələsinə baxılır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.