Bakıda avtovağzalın yaxınlığında avtobus yandı
VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

 

Xəsarət alan olmayıb.

 

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

***

Daşıyıcı şirkətdən bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olduğu güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.