Gürcüstanda xalası qızını qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı BATUMİ HAVA LİMANINDA SAXLANILDI
VİDEO

Gürcüstanda xalası qızını qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

 

Məlumata görə, əməliyyat Tbilisi Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

 

Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi sakini Emin Əliyevin Türkiyədə saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi. 

 

Xatırladaq ki, Gürcüstan mediasında yayılmış məlumata görə, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova iyunun 26-sı xüsusi amansızlıqla qətlə yetirilib. E.Əliyevin xalası qızını 2 həftə ərzində bağlı mənzildə saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü qeyd edilib. Polis cinayəti törədən şəxsi qısa müddətdə müəyyən edərək onun axtarışını elan edib.

 

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni ağırlaşdırıcı hallarda nəzərdə tutan 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.