
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıclar qrupu dərhal hadisə yerinə cəlb olunub.
Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.