Bakı–Quba yolunda yanacaqdaşıyan maşın aşaraq yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb edilib.

 

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500kv.m. sahədə yanıb.

 

Xəsarət alan olmayıb. Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub", - məlumatda bildirilib.

 

O da qeyd edilib ki, hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.