
Goranboyda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Elvin Aslanov öldürülüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, mərhumun atası, 57 yaşlı Şahin Aslanov saxlanılıb.
İlkin məlumata görə, ata oğlunu bıçaqla qətlə yetirib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.