
Şəmkirdə bədbəxt hadisə baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini - 1964-cü il təvəllüdlü Əli Abdıyev elektrik dirəyində işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.