Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNİB, VİDEO/ FOTO

Bakının Xətai rayonunda qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

 

FHN-dən Senzor.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin operativ tədbirləri nəticəsində Orxan İsmayılov küçəsindəki yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

**

Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları da dərhal əraziyə cəlb olunublar.

 

Hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.

**

TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı  ərazisindən çağırış qeydə alınıb.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Amma təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.

 

**16:37

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Senzor.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

Əlavə məlumat veriləcək.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.